Mətanət İsgəndərli: ​“Ağzında bir dişi olan kişi mənə elçi gəlib” -

“Hüseynova bacıları” verilişinin növbəti qonağı əməkdar artist Mətanət İsgəndərli olub.

Metbuat.az xəbər verir ki, əməkdar artist, ona gələn elçidən danışıb:

“Proqramdan çıxandan sonra mənə elçi gəlmişdilər. Evə getdim, gördüm ki, atam hirslənib. Səbəbini soruşdum. Dedi ki, sənin üçün elçi düşmüşdülər. Elə bildim ki, zarafat edir. Sonra öyrəndim ki, bir nəfər onunla danışıb, deyib ki, qohum olmaq istəyirəm, icazə ver, Mətanətlə evlənim. İkinci dəfə də başqa bir verilişdən çıxırdım, bir nəfər yaxınlaşıb mənimlə evlənmək istədiyini söylədi. Ağzında da bir dişi var idi. Cavab verdim ki, mənim ərə gedən vaxtım deyil”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR