Bakı, 17 yanvar, AzərTAc
Azərbaycanın milli azadlıq hərəkatının şanlı səhifələrindən biri olan, tariximizin ən qürurverici olaylarından sayılan 20 Yanvar faciəsinin 25 illiyi tamam olur.
AzərTAc xəbər verir ki, bu münasibətlə artıq faciənin anım mərasimləri ilə bağlı hazırlıq işlərinə başlanılıb.
20 Yanvar qurbanlarının dəfn edildiyi Şəhidlər Xiyabanında ənənəvi ekspozisiyanın eskizi hazırlanmaqdadır. Ağ və qırmızı güllərdən ibarət ekspozisiya Şəhidlər Xiyabanının girişində qurulur. Ekspozisiya təqribən 300 kvadratmetrə yaxın sahəni əhatə edəcək və qərənfilləri əks etdirəcək. Hazırlıq işlərində minlərlə güldən istifadə ediləcək.
Bundan əlavə xiyabanın giriş hissəsində pilləkənlərin üzərində, eləcə də məzarların yaxınlığında qara lentlər bağlanılır.
Qeyd edək ki, faciənin ildönümü ilə əlaqədar olaraq artıq orta məktəb şagirdləri azadlıq uğrunda şəhid olanların xatirəsini anmağa başlayıblar.