“Evdə qalaq, bu günümüzü, gələcəyimizi xilas edək” - ŞƏRH

“Evdə qalaq, bu günümüzü, gələcəyimizi xilas edək” - ŞƏRH
11:58 31 Mart 2020
224 Digər
Ölkə mətbuatı
A- A+

Koronavirusa qarşı mübarizədə kritik mərhələyə daxil oluruq.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, əgər hər birimiz şəxsi karantin rejimimizi elan edib özümüzü təcrid etməsək, ən pis ssenari ilə üzləşə bilərik: “Ona görə də bu vaxta qədər yol verdiyimiz məsuliyyətsizliyi, səhlənkarlığı bir kənara qoyub həyatımızda ciddi karantin rejimini tətbiq etdiyimiz tamamilə yeni səhifə açmağı bacarmalıyıq. Əks təqdirdə nəinki özümüzün, həm də yaxınlarımızın, sevdiklərimizin həyatına ciddi təhlükə yarada bilərik. Hər birimizin müşahidə etdiyimiz və müqayisə edərək doğru nəticə çıxara biləcəyimiz dünya təcrübəsi var. Hansı ölkələrdə karantin rejimi vətəndaşlar tərəfindən ciddi qəbul edildisə, ona riayət olundusa, həmin ölkələr koronavirusa minimum itki ilə qalib gələ bildilər. Bunun əksini edənlər isə çox ağır itkilərə məruz qalmalı oldular. Bu ağır günlərdə birinci dərəcəli vatəndaşlıq borcumuz maksimum özünütəcridetmə və maksimum evdəqalmadır. Bu gün passiv evdəqalma koronavirusa qarşı ən aktiv mübarizə aparmaq deməkdir.

Bir müddət sonra bu təhlükə də arxada qalacaq. Sosial-ictimai həyatımızda yeni dövr başlayacaq və biz bu mərhələni “postkorona” dövrü adlandıracağıq. Gəlin elə tədbirlər alaq ki, bu dövrə yaxınlarımızla, əzizlərimizlə birlikdə qədəm qoya bilək. Bu gün birimizin təhlükəsizliyi hər birimizin təhlükəsizliyidir. Birimizin məsuliyyətsizliyi isə hər birimiz üçün təhlükədir. Təhlükəni birgə dəf etmək hamımızın vətəndaşlıq vəzifəmiz və borcumuzdur. Evdə qal Azərbaycan... Bu günün ən aktual çağırışı “Vətəndaş evdə qal” çağırışıdır. Evdə qalaq, bu günümüzü, gələcəyimizi xilas edək”.

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/309280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR