"Neftçi" və "Qarabağ" doğma meydanda məğlub olmayıb

"Neftçi" və "Qarabağ" doğma meydanda məğlub olmayıb
14:32 31 Mart 2020
116 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının 2019/20 mövsümündə yalnız iki komanda öz meydanında uduzmayıb. 
"Report"un məlumatına görə, bunlar turnir cədvəlinin liderləri “Qarabağ”la “Neftçi”dir.
Paytaxt təmsilçisi evdə ən çox xal toplayan komandadır. Lakin “ağ-qaralar” Ağdam təmsilçisi ilə müqayisədə bir oyun çox keçirib. Paytaxt təmsilçisi evdə ən çox qol vurmaq, əyalət klubu ən az top buraxmaqla diqqət çəkir.
Öz meydanında 3-cü göstərici “Keşlə”yə məxsusdur. Evdə ən az xal toplayan komanda “Sabah”dır. Lakin hesabında 8 xal olan paytaxt klubu geri qaldığı “Səbail” və “Qəbələ”dən bir oyun az keçirib.

1. Neftçi 11 6 5 0 21 - 7 23 2. Qarabağ 10 6 4 0 14 - 3 22 3. Keşlə 10 5 1 4 14 – 10 16 4. Zirə 10 4 3 3 16 – 17 15 5. Sumqayıt 10 3 3 4 12 – 16 12 6. Qəbələ 10 3 1 6 14 – 16 10 7. Səbail 10 2 3 5 7 – 15 9 8. Sabah 9 2 2 5 9 – 12 8

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-ve-qarabag-dogma-meydanda-meglub-olmayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR