Türkiyə səfiri: “Bakı-Tbilisi-Qars dəmir yolu üçün daha çox yük hazırlanır”

Türkiyə səfiri: “Bakı-Tbilisi-Qars dəmir yolu üçün daha çox yük hazırlanır”
23:07 31 Mart 2020
107 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan yerli Birinci kanala müsahibəsində Bakı-Tbilisi-Qars dəmir yolundan danışıb. 
“Report”un yerli bürosu xəbər verir ki, səfir hazırda Bakı-Tbilisi-Qars dəmir yolu üçün daha çox yükün hazırlandığını deyib.
Diplomat bu dəhlizin daha çox yüklənmə ilə istifadə olunacağına ümid etdiyini deyib.
Koronavirusun yayılmasının Türkiyə və Gürcüstan arasındakı birgə layihələrə risk yaradıb-yaratmayacağı ilə bağlı suala Fatma Ceren Yazqan pandemiyanın hamıya təsir edəcəyini bildirib.
Onun sözlərinə görə, hər iki ölkənin hökuməti biznesə dəstək layihələri hazırlayıblar və buna görə də çətinliklərin öhdəsindən gəlinəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiye-sefiri-baki-tbilisi-qars-demir-yolu-ucun-daha-cox-yuk-hazir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR