Məşhur aktyor koronavirusdan vəfat etdi -

Böyük Britaniyanın dünyaca məşhur aktyoru, "Ulduz müharibələri" filmində mayor Kaluan Emmata rolunu canlandıran Endrü Cek 76 yaşında dünyasını dəyişib.

Metbuat.az xəbər verir ki, məlumata görə, aktyor xəstəxanada koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, bir neçə gün əvvəl Endrü Cek və onun həyat yoldaşı Qabriel Rocers koronavirusa yoluxduqlarına görə karantina alınmışdı.

Endrü Cek "Ulduz müharibələri" filmində mayor Kaluan Emmata rolunu oynayıb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR