SON DƏQİQƏ: Bu ölkəyə METEORİT DÜŞDÜ - Çox sayda ölü var/Yüzlərlə ev dağıldı (VİDEO)

SON DƏQİQƏ: Bu ölkəyə METEORİT DÜŞDÜ - Çox sayda ölü var/Yüzlərlə ev dağıldı (VİDEO)
02:28 1 Aprel 2020
490 Digər
Ölkə mətbuatı
A- A+

Nigeriyanın Ondo əyalətinə meteorit düşüb.

Publika.az xəbər verir ki, bu barədə “thecable” portalı məlumat yayıb. Məlumata görə, səma cisminin düşməsi nəticəsində azı 13 nəfər həyatını itirib. Çox sayda insan xəsarət alıb. Aralarında kilsə və məktəb olmaqla 100-dən çox tikili tamamilə dağılıb. Onlarla evə ziyan dəyib. Meteoritin düşdüyü ərazidə dərinliyi 7,8, diametri 21 metrə çatan çüxur əmələ gəlib.

Məlumata görə, yerli polis hadisəyə partlayıcı qurğunun səbəb olduğunu irəli sürsə də, ərazidə araşdırma aparan “Obafemi Awolowo” univeristetinin alimləri göy daşının düşdüyünü təsdiq ediblər.

Onların fikrincə meteor əraziyə 45 dərəcə bucaq altında düşüb.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/309376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR