Cəzalara görə əmək müfəttişlərinə ödənilən məbləğ azaldılır

Cəzalara görə əmək müfəttişlərinə ödənilən məbləğ azaldılır
05:23 2 Aprel 2020
122 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda əmək qanunvericiliyinin pozulmasına görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən toplanan vəsaitin müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə həmin orqanın hesabına köçürülən hissəsi 25%-dən 18%-ə endirilir.

Publika.az xəbər verir ki, bu məsələ Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/309483.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR