SpaceX şirkəti Ay kosmik stansiyasına yük daşıyacaq

SpaceX şirkəti Ay kosmik stansiyasına yük daşıyacaq
08:37 2 Aprel 2020
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

Keçən ilin yay fəlsində NASA agentliyi Ayın orbitində yerləşəcək güman olunan stansiyaya yüklərin daşınmasını reallaşdırmaq istəyən şirkətlərə müraciət etmişdi. Beləliklə NASA xəbər verib ki, bu layihə üzrə olan "Gateway Logistics" müqaviləsinin ilk mükafatını SpaceX şirkəti əldə edəcək. Bu barədə Vc.ru saytı xəbər verib. SpaceX şirkəti Ayın orbitində yerləşəcək stansiyaya Falcon Heavy raketi vasitəsilə özünün Dragon XL adlı təkmilləşdirilmiş kosmik gəmisini göndərmək təklifini edib.

Şirkət qeyd edib ki, o, Falcon Heavy raketindən Dragon XL adlı təkmilləşdirilmiş kosmik gəmisini Lunar Gateway stansiyasına göndərmək üçün istifadə edəcək. Kosmik aparat 1 il müddətində kosmik stansiyaya birləşmiş halda qalacaq və daha sonra onun avtonom şəkildə faydalı istifdəsinə start veriləcək. NASA qeyd edib ki, o hələ də beynəlxalq biznesin dəstəklənməsi üçün Ay stansiyasında əlavə şlüzun inşasını planlaşdırır.

NASA bildirib ki, o, Artemis adlı Ay proqramına SpaceX kimi daha çox kommersiya şirkətini cəlb etmək istəyir. Reallıq ondan ibarətdir ki, Artemis proqramı NASA-da hələ də hazırlanma prosesindədir. Koronavirusun yayılmasından öncə sual yaranmışdı ki, ABŞ konqressi Donald Trump administrasiyasının sorğusuna əsasən NASA-ya 2021-ci il üçün 1 milyard dollar maliyyə vəsaitini ayıracaq yoxsa yox.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/837862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR