Polis Bakıda itən 3 nəfəri axtarır

Polis Bakıda itən 3 nəfəri axtarır
15:42 2 Aprel 2020
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünən 3 nəfərin itkin düşməsi barədə paytaxt polisinə müraciət edilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai rayon sakini, 1969-cu il təvəllüdlü Z.Zeynalova bildirib ki, martın 22-də onunla eyni evdə yaşayan qızı, 25 yaşlı Kəmalə Zeynalova evdən çıxaraq gedib, bir daha geri qayıtmayıb.

Nərimanov rayonunda yaşayan 1979-cu il təvəllüdlü A. Ağalarova polisə müraciətində bildirib ki, 21 yaşlı oğlu Əhmədağa martın 31-də həyətdə gəzmək adı ilə evdən çıxıb, geri qayıtmayıb.

Xətai rayonunda yaşayan 1987-ci il təvəllüdlü Elmir Nəzərov da aprelin 1-i itkin düşüb. Hər üç şəxsin axtarışları davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/838482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR