Torontoda sosial məsafəni pozanlar 3,5 min dollar cərimələnəcək

Torontoda sosial məsafəni pozanlar 3,5 min dollar cərimələnəcək
11:02 3 Aprel 2020
106 Digər
Ölkə mətbuatı
A- A+

Kanadanın Toronto şəhərində 2 metr məsafəlik sosial məsafəni pozanlara 3,5 min ABŞ dolları məbləğində cərimə tətbiq olunacaq.
“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” şəhər şurasının qərarına istinadən məlumat verib.
Sənəddə deyilir ki, birlikdə yaşamayan istənilən iki şəxs məsafə qaydalarını pozduğuna görə cinayət məsuliyyətinə cəlb edilə bilər.
Araşdırmaların nəticələrinə görə, qaydanı pozanlar 3,5 min ABŞ dollarına qədər cərimələnə bilər.
Qeyd edək ki, Kanadada koronavirusa yoluxanların sayı 10 min nəfəri keçib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/torontoda-sosial-mesafeni-pozanlar-3-5-min-dollar-cerimelenecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR