OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü bazar ertəsi keçiriləcək

OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü bazar ertəsi keçiriləcək
13:22 3 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da videokonfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb.

Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə bütün qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki,bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/838801.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR