Qarət olunan Fəzail Ağamalı danışdı:

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Türkiyədə qarət olunması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Millət vəkili Metbuat.az-a açıqlamasında xəbərin doğruluğunu təsdiqləyib. O bildirib ki, hadisə 2019-cu ilin iyul ayında baş verib:

"Qızım və nəvəmlə Türkiyədə idik. Hadisə qızım və nəvəmin başına gəlib. Belə ki, onlar taksi ilə Beşiktaşa gediblər. Taksi sürücüsü onlardan artıq pul alıb. Biz bunu bildikdən sonra polisə müraciət etdik. Həmin şəxs saxlanıldı və pul bir neçə saata bizə geri qaytarıldı. Ancaq polis sürücüyə qarşı cinayət işi açdı. Biz isə ölkəyə qayıtdıq. İstintaqın gedişi ilə sonradan maraqlanmadıq".

Qeyd edək ki, bu gün Türkiyənin "Sabah" qəzeti millət vəkili Fəzail Ağamalının İstanbulda qarət olunması ilə bağlı xəbər yayıb.(azvision.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR