Moskvadan Azərbaycana qayıda bilməyən Damla hisslərinə hakim ola bilmədi: “Vəziyyətinə gülən dostlarını....”

Moskvadan Azərbaycana qayıda bilməyən Damla hisslərinə hakim ola bilmədi: “Vəziyyətinə gülən dostlarını....”
09:38 6 Aprel 2020
378 Şou
Ölkə mətbuatı
A- A+

“Uzaq məsafələr insana çox şey öyrədir. Demək ki, həyat təcrübəmdə bunu yaşamaq da var idi. Demək ki, insanın yarım qalan, əskik tərəflərini tamamlamaq üçün bəzən uzaq məsfələrin olması önəmli imiş. Özünü, gücünü, ən azından dostlarını, həqiqətən səni sevib və narahat olan insanları tanıyırsan”.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Damla instaqramda paylaşdığı videoda koronavirus pandemiyasının yayılması səbəbiylə elan edilən karantin günləri haqqında danışarkən deyib.

Hazırda Moskvada qalan və Azərbaycana gələ bilməyən ifaçı paylaşımında oğlu və anası üçün çox darıxdığını etiraf edib: “Sənin doğmalarından uzaqlarda qaldığını bildiyi halda vəziyyətinə gülən insanları da, dostlarını da, yaxınlarını da tanıyırsan. Başımıza gələn bütün neqativ imtahandır, amma əldə etdiyimiz nailiyyətlər isə etdiyimiz yaxşılqıların nəticəsidir. Hər şeyə müsbət tərəfdən baxmağa çalışıram. Düzdür, çox darıxıram, odluqca darıxıram, oğlumu və anamı istəyirəm”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/309859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR