"O, dünyanın ən yaxşı yarımmüdafiəçisi idi"

"O, dünyanın ən yaxşı yarımmüdafiəçisi idi"
19:27 6 Aprel 2020
226 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın baş məşqçisi Zinəddin Zidan "Reyncers"in çalışdırıcısı Stiven Cerrardı tərifləyib.

Milli.Az qol.az-a istinadən xəbər  verir ki,  fransalı mütəxəssis "goal.com"a açıqamasında  "Liverpul"un sabiq kapitanını öz dövrünün ən yaxşı yarımmüdafiəçisi adlandırıb:

"Cerrardın dünyanın ən yaxşı yarımmüdafiəçisi olduğu bir vaxt var idi. Tamamilə hər şeyi bacaran yarımmüdafiəçilər çox azdır. Cerrard onlardan yalnız biri idi".

Qeyd edək ki, İngiltərə millisinin sabiq üzvü 1998-2015-ci illərdə "Liverpul"da çıxış edib və 710 oyunda iştirak edib, 186 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/839401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR