Nüfuzlu qolf turniri koronavirusa görə təxirə salındı

Nüfuzlu qolf turniri koronavirusa görə təxirə salındı
20:32 6 Aprel 2020
122 Digər
Ölkə mətbuatı
A- A+

Qolf üzrə Böyük Britaniya Açıq Çempionatının vaxtı koronavirus pandemiyasına görə dəyişdirilib.
"Report"un məlumatına görə, bu barədə turnirin Mətbuat Xidməti məlumat yayıb. 
Yarışın 2021-ci ilə təxirə salındığı bildirilib.
12-19 aprel tarixlərində İngiltərənin cənub-şərqində yerləşən Sanuidce şəhərində təşkil olunması nəzərdə tutulan çempionat gələn il iyulun 11-də start götürəcək və həmin ayın 18-dək davam edəcək.
2021-ci ildəki Açıq Çempionat isə müvafiq olaraq 2022-ci ilin iyul ayına keçirlib.
Qeyd edək ki, 1860-cı ildən təşkil olunan turnirin vaxtı İkinci Dünya müharibəsindən (1941-1945) sonra ilk dəfə dəyişdirilib. Açıq Çempionatın ən titullu qolfçusu aktivində 6 qələbə olan Harri Vardondur.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/nufuzlu-qolf-turniri-koronavirusa-gore-texire-salindi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR