“Instagram”da məşhurlaşmaq üçün ev yandırdılar

“Instagram”da məşhurlaşmaq üçün ev yandırdılar
18:05 7 Aprel 2020
196 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Krasnoyarsk diyarında iki gənc evi yandıraraq, videoya çəkiblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, biri 18 yaşını tamamlamayan, digəri isə 20 yaşında olan gənclər başqasına məxsus bağ evini yandırıblar.

Onlar evdəki əşyaları dağıdaraq, qəsdən səliqəsizlik yaradıblar. Daha sonra bunları "Instagram"a yerləşdiriblər.

Hadisəni törədənlərdən biri bundan əvvəl də bu cür əyləndiyini deyib.

Polis şəxsiyyətlərini müəyyən edərək həmin oğlanları tutub. Onlar törətdikləri əməli etiraf ediblər. Hazırda hüquq-mühafizə orqanları onların oxşar hadisələrdə əllərinin olub-olmadığını araşdırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/839807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR