#EVDƏQAL – idmanla məşğul ol – 5 TƏTBİQ

#EVDƏQAL – idmanla məşğul ol – 5 TƏTBİQ
20:57 7 Aprel 2020
285 Maraqlı
Ölkə mətbuatı
A- A+

Karantin sıxılmağın deyil, üzərimizdə işləməyin vaxtıdır! Bu çətin zamanda hansı səmərəli işlə məşğul olaq? #EVDƏQAL rubrikamızla sizə kömək etməyə hazırıq!

Milli.Az ted.az-a istinadən ev şəraitində professional idmanla məşğul olmağa yardım edəcək ən effektiv 5 tətbiqi sizə təqdim edirik:

1. WORKOUT TRAINER

WORKOUT proqramı idman dərslərini professional şəkildə təqdim etdiyinə görə, App Store ilə Play Store-da yüksək göstəricilərə malikdir. Tətbiq özündə bir çox dərsliyi birləşdirir. Təlimlərdə idman avadanlıqlarından istifadə olunmadığı üçün bütün məşqləri ev şəraitində etmək mümkündür. Burada güclü krossfit məşqləri və vorkautu sevənlər üçün ayrı bölmələr var.

Üstünlüklər:

- məşq dərsliklərinin çoxluğu;

- Health Kit dəstəyi

- məşqlərin audio versiyası;

- fərdi məşğələlərin olması

Çatışmamazlıqlar:

- avtorizasiya (şəxsi hesabın yaradılması mütləqdir);

- mürəkkəb interfeys;

- dil dəstəyi yoxdur;

- fiziki məhdudiyyəti olanlar üçün uyğun deyil.

2. NIKE+ TRAINING CLUB - TƏLİM VƏ FİTNES Planları

NIKE+ TRAINING CLUB Tamamilə pulsuz proqramdır. Orada bir neçə sahəyə yönəlmiş 150-dən çox məşq dərsləri mövcuddur: yoqa, güc məşqləri, kardio və dözümlülük məşqləri. Ev şəraitində idmanla məşğul olmaq üçün uyğundur. Proqram həm professional idmançılar, həm də yeni başlayanlar üçün yaxşı seçimdir.

Üstünlüklər:

- cəlbedici dizayn;

- proqramda olmayan alışların olmaması;

- bir çox təlim proqramı;

- 3D Touch və Health Kit dəstəyi;

- audio dəstəyi;

- faydalı məqalələrdən ibarət ayrı bölmənin olması;

Çatışmazlıqlar:

- fərdi məşq proqramlarının olmaması;

- tətbiqin cihazda çox yer tutması.

3. FREELETICS BODYWEIGHT

Optimal funksiyalar dəsti ilə təchiz olunmuş FREELETICS BODYWEIGHT tətbiqi təcrübəli idmançılar və yeni başlayanlar üçün nəzərdə tutulub. Burada müxtəlif vizual məşq dərslərini görə bilərsiniz. Tətbiqin interfeysi çox sadədir. Proqram iOS təminatlı cihazlar üçün uyğundur.

Üstünlüklər:

- məşq proqramlarının müxtəlifliyi;

- Health Kit dəstəyi;

- cəlbedici dizayn;

- fərdi məşqlərin videolarını yükləmək imkanı;

- faydalı məqalələrdən ibarət bölmə;

- qida gündəliyi;

Çatışmazlıqlar:

- avtorizasiya ehtiyacı;

- dil dəstəyi;

- fərdi məşqlərin olmaması;

- əlilliyi olan insanlar üçün uyğunsuzdur.

4. FİTPROSPORT

FİTPROSPORT proqramı rahat interfeysə malik olan proqramlardan biridir. Tətbiq məşq dərsliklərdən ibarət bazanı ehtiva edərək istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyini təmin edir.

Tətbiqdən pulsuz istifadə edə bilərsiniz.

Üstünlüklər:

- məşq proqramlarının çoxluğu;

- məşq bələdçisinin mövcudluğu;

- fərdi məşqləri yaratmaq imkanı;

- qabaqcıl statistika;

- məlumat ixracının mövcudluğu
 

Çatışmazlıqlar:

- audio dəstəyin olmaması;

- yalnız Android təminatlı cihazlar tərəfindən dəstəklənməsi.

5. TEEMO

Teemo tətbiqi əyləncəli oyun şəklində hazırlanıb. Təlimlərə başlamaq üçün Feysbuk üzərdindən qeydiyyatdan keçmək lazımdır. Məşqlərdən öncə proqram "Everest'i fəth et" tipli tapşırıqlarla sizdə maraq oyatmağı çalışacaq. İrəliləyişiniz proqramda xüsusi simvolla göstəriləcək.

Üstünlüklər:

- interaktiv yanaşma;

- rahat interfeys

Çatışmazlıqlar:

- autentifikasiya ehtiyacı;

- yalnız iOS rəminatlı cihazlarda dəstəklənməsi

Sabahdan, növbəti həftədən, növbəti aydan deyil, elə indi başlayın!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/839269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR