Estoniyada koronavirusa yoluxanların sayı 1 200-ü ötdü

Estoniyada koronavirusa yoluxanların sayı 1 200-ü ötdü
12:57 10 Aprel 2020
206 Digər
Ölkə mətbuatı
A- A+

Estoniyada son sutkada koronavirusa yoluxanların sayı daha 51 nəfər artıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Estoniya Səhiyyə Departamenti yayıb.
Bildirilib ki, koronavirusa yoluxanların ümumi sayı 1 258 nəfərə çatıb, 24 nəfər isə pandemiyanın qurbanı olub. 
Yanvarın 31-dən Estoniya üzrə koronavirusla bağlı 27 mindən çox test icra olunub.
Qeyd edək ki, mayın 1-dək Estoniyada fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/region/estoniyada-koronavirusa-yoluxanlarin-sayi-1-258-e-catdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR