Tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edildi

Tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edildi
15:32 10 Aprel 2020
122 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
“Report” xəbər verir ki, dəyişikliklə qanunun 2.2-ci maddəsində “7 il” sözləri “8 il” sözləri ilə əvəz edilib.
Belə ki, həmin maddədə Tikinti və Şəhərsalma Maddəsinin 11.1 maddəsinin ilk cümləsində nəzərdə tutulmuş müddəanın tələblərinin qüvvəyə minməsi daha bir il müddətinə təxirə salınır. Həmin cümlə belədir: “Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır”. 

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/tikinti-ile-bagli-qanunvericiliye-deyisiklik-edildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR