MiQ-29 və Su-25 təyyarələrinin ekipajları ilə taktiki-uçuş təlimi keçirilib - VİDEO - FOTO

MiQ-29 və Su-25 təyyarələrinin ekipajları ilə taktiki-uçuş təlimi keçirilib - VİDEO - FOTO
15:37 10 Aprel 2020
161 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin MiQ-29 və Su-25 təyyarələrinin cəlb olunması ilə taktiki-uçuş təlimi keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təlim zamanı qarışıq aviasiya qrupları tərəfindən yerüstü hədəflərin məhv edilməsi, hava hədəflərinin ələ keçirilməsi, hava hücumundan müdafiə səddinin aşılması və radioelektron mübarizə vasitələrindən istifadə olunmaqla şərti düşmənin hava hücumunun dəf edilməsi kimi tapşırıqlar məşq etdirilib.

Pilotlar yeni və modernizə olunmuş radioelektron mübarizə vasitələri ilə yaxın, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin susdurulması imkanlarını yoxlayıb, eləcə də aviasiya vasitələrinin tətbiqi bacarıqlarını təkmilləşdiriblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/840722.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR