Bakıda gündəlik sərnişin daşınmasının sayı açıqlanıb

Bakıda gündəlik sərnişin daşınmasının sayı açıqlanıb
15:37 10 Aprel 2020
168 Digər
Ölkə mətbuatı
A- A+

“Hazırda Bakıda 7 ekspress marşrut xətti üzrə 100-ə yaxın avtobus sərnişindaşımaya cəlb edilib. Bir o qədər də avtobus metro stansiyalarının qarşısında saxlanılır. Ehtiyac olduğu təqdirdə onlar da sərnişindaşımaya cəlb olunur”. 
"Report” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.
Onun sözlərinə görə, son günlər sərnişindaşımada artım var: "Aprelin 1-də 614 142 sərnişin daşınıb. Aprelin 2-3-də daşınan sərnişinin sayı 550 -570 min arasında olub. Aprelin 4-də 490 230, aprelin 5-də, yəni bazar günü 177 209 sərnişin daşınıb. Aprelin 6-7-də 370-390 min arasında sərnişin daşınması həyata keçirilib. Aprelin 8-i 420 mindən çox, aprelin 9-da isə 450 mindən çox sərnişin daşınıb”, - o qeyd edib. 
Bundan başqa, M.Ağayevin sözlərinə görə, insanlar xüsusi karantin rejiminini pozmaqda davam edir: "Sərnişinlərimizə müraciət edərək bildirirk ki, onlar xüsusi karantin rejiminə əml etsinlər”.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-gundelik-sernisin-dasinmasinin-sayi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR