Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba RPŞ əməkdaşları tərəfindən inzibati ərazilərində xidmət aparan zaman qaydalara riayət etməyərək, xüsusi icazə olmadan səbəbsiz yerə evdən çölə çıxan, eləcə də lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edən şəxslər aşkarlanaraq barələrində qanuna müvafiq qaydada tədbirlər görülüb.
Həmin şəxslər karantin rejimini pozduqlarına görə səmimi peşman olduqlarını bildiriblər.