Elmin İnkişafı Fondu videoçarx hazırladı, direktoru ianə etdi

Elmin İnkişafı Fondu videoçarx hazırladı, direktoru ianə etdi
17:32 10 Aprel 2020
195 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu "Evdə qal" aksiyasına qoşulub.
Fonddan "Report"a verilən məlumata görə, koronavirus pandemiyası ilə bağlı elan olunan karantin rejimi günlərində vətəndaşlarımızı "Evdə qal"mağa səsləyən Fond bu müddəti bir fürsətə çevirərək faydalı işlər görməyin, elmi fəaliyyətə daha çox vaxt ayıraraq səmərəli nəticələrə nail olmağın mümkünlüyünü qeyd edib.
Bununla bağlı hazırlanmış videoçarxda ölkəmizin bir qrup istedadlı tələbə və şagirdləri müxtəlif dillərdə "Evdə qal, elmdən qalma", - deyərək müraciət ediblər.
Bundan başqa, Elmin İnkişafı Fondunun icraçı direktoru Mehriban İmanova bir aylıq maaşını “COVID-19” pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlərə dəstək olmaq üçün Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.



Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/elmin-i-nkisafi-fondu-videocarx-hazirladi-direktoru-iane-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR