Ağsuda bir uşaq anası olan qadın intihar etdi

Ağsuda bir uşaq anası olan qadın intihar etdi
17:47 10 Aprel 2020
288 Digər
Ölkə mətbuatı
A- A+

Ağsuda intihar hadisəsi baş verib.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kəndoba kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2000-ci il təvəllüdlü Babayeva Həbibə Qədir qızı yaşadığı həyətdə olan yarımtikilidə özünü asaraq intihar edib.
Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, mərhum ailəli idi və bir azyaşlı uşağı vardı.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agsuda-bir-usaq-anasi-olan-qadin-intihar-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR