Niderlandda daha 1,3 mindən çox insanda koronavirus aşkarlandı

Niderlandda daha 1,3 mindən çox insanda koronavirus aşkarlandı
17:52 10 Aprel 2020
148 Digər
Ölkə mətbuatı
A- A+

Niderlandda son 1 gündə 1 335 koronavirusa yoluxma faktı qeydə alınıb.
“Report xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Qurumu (RIVM) açıqlayıb.
Məlumata görə, ölkədə qeydə alınmış virus hallarının sayı 23 097-yə çatıb.
Bildirilir ki, krallıqda eyni dövr ərzində daha115 nəfər koronavirusdan ölüb. Beləliklə, Qərbi Avropa ölkəsində pandemiya qurbanlarının sayı 2 511 nəfərə çatıb.
Qurum açıqlamasında ölkə xəstəxanalarında 8 197 nəfərin müalicə aldığını vurğulayıb.
Qeyd edək ki, Niderlandda koronavirusa ilk yoluxma faktı fevralın 27-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 622 000-i ötüb. Bunların 366 302 nəfəri sağalıb, 97 192 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/niderlandda-daha-1-3-minden-cox-insanda-koronavirus-askarlandi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR