Nikol Paşinyanın adından vətəndaşlara saxta zənglər edilir

Nikol Paşinyanın adından vətəndaşlara saxta zənglər edilir
18:07 10 Aprel 2020
158 Digər
Ölkə mətbuatı
A- A+

“Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanın adından vətəndaşlara yazılı video-materialdan istifadə edilərək saxta zənglər olunur”.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini, hakim “Mənim addımın” blokunun üzvü Alen Simonyan “Facebook” səhifəsində yazıb.
“Həmin şəxslər vətəndaşlarda hökumət başçısının onlara zəng etdiyi təəssüratını yaratmaq istəyirlər. Bu faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm”, - deyə Simonyan bildirib.
Qeyd edək ki, mart ayının sonunda Nikol Paşinyan “Facebook”dakı canlı yayımda "evdəqal" kampaniyası çərçivəsində “təsadüfi” vətəndaşlarına zəng edib, onların vəziyyəti ilə maraqlanmışdı.

Xəbərin orijinal ünvanı: https://report.az/region/pasinyanin-adindan-vetendaslara-saxta-zengler-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR