“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, neft bazarındakı vəziyyətə dair fikir mübadiləsi aparan dövlət başçıları dünya neft bazarındakı qiymətləri sabitləşdirmək məqsədilə OPEC+ formatı çərçivəsində hazırlanan hasilatın ixtisarına dair razılaşma barədə də müzakirə aparıblar.
Bununla yanaşı, koronavirus pandemiyası məsələsinə də diqqət yetirilərkən xəstəliyin yayılmasına qarşı görülən birgə tədbirlər dəyərləndirilib.