Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı dəyişdi

Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı dəyişdi
20:17 10 Aprel 2020
200 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti “Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların Siyahısı”na dəyişiklik edib.
“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs üzrə Milli Hematologiya və Transfuziologiya Mərkəzi Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısına əlavə edilib.
Qeyd edək ki, dövlət elmi müəssisə və təşkilatlarının baza maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti dövlət qurumları üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/baza-maliyyelesdirilmesinin-subyektleri-olan-elmi-muessise-ve-teskilat

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR