Aviasiya nəhəngi “Boeing” koronavirus səbəbindən 16 min işçisini ixtisar edir

Aviasiya nəhəngi “Boeing” koronavirus səbəbindən 16 min işçisini ixtisar edir
20:37 10 Aprel 2020
205 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük təyyarə istehsalçılarından biri, 160 min nəfər əməkdaşı olan "Boeing" koronavirus böhranı səbəbindən işçilərinin 10 faizi ilə yollarını ayırmağı planlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şirkətdə, ümumilikdə, 16 min nəfərin işdən çıxarılması gözlənilir.

Koronavirusa görə aviasiya sənayesi iflasa uğrayıb. İqtisadi itkilərin qarşısının alınması üçün şirkətlər xərclərini azaltmağı üstün tuturlar. Bu çərçivədə "Boeing" bəzi əməkdaşlara işdən çıxmaq üçün müqavilə paketləri təqdim etməyə də hazırlaşır.

Sentyabrın 30-dək şirkət işçi qüvvəsinin 90 faizini iki trilyon dollarlıq koronavirus paketi ilə təmin edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/840843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR