"Report"un"Manchester Evening News" nəşrinə istinadən verdiyi məlumata görə, norveçli mütəxəssis 5 oyunçu ilə əməkdaşlığı dayandırmağa hazırdır. Bunlar müdafiəçi Fil Cons və Kris Smollinq, yarımmüdafiəçi Cessi Linqard və Andreas Pereyra, habelə hücumçu Aleksis Sançesdir. Sulşer satışdan əldə olunacaq vəsaitin kluba güclənməkdə yardımçı olacağına ümid edir.
Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqada 29 oyunda 45 xalla 5-ci pillədə qərarlaşıb.