Ukraynada yüzlərlə tibb işçisi koronavirusa yoluxdu

Ukraynada yüzlərlə tibb işçisi koronavirusa yoluxdu
02:02 11 Aprel 2020
196 Digər
Ölkə mətbuatı
A- A+

Ukraynada 334 tibbi işçisinə koronavirus diaqnozu qoyulub.
“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Maksim Stepanov "İnter" telekanalının efirində bildirib.
"Bizim 2 203 koronavirus xəstəmizdən 334-ü tibbi işçisidir. Biz hər gün onları fərdi müdafiə vasitələri ilə maksimal təmin etməklə məğşul oluruq", - nazir deyib.
Cümə günü Ukrayna Silahlı Qüvvələrinin Tibbi xidmət komandanlığı da həmçinin orduda koronavirusa 3 yeni yoluxma haqqında bildirib. Ukraynanın koronavirusa yoluxmuş hərbi qulluqçuların ümumi sayı 10 nəfərə çatıb, onlardan 1-i ölüb.
Ölkədə ümumilikdə COVID-19 infeksiyasına 2 203 yoluxma qeydə alınıb, 69 xəstə ölüb, 61 pasiyent sağalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/ukraynada-yuzlerle-tibb-iscisi-koronavirusa-yoluxdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR