Heydər Əliyev Mərkəzindən İspaniyaya dəstək - VİDEO

Heydər Əliyev Mərkəzindən İspaniyaya dəstək - VİDEO
02:23 11 Aprel 2020
233 Digər
Ölkə mətbuatı
A- A+

Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 10-da Heydər Əliyev Mərkəzinin binası üzərinə İspaniya Krallığının bayrağı videoproyeksiya olunub. Bayraq təsvirini ispan musiqisi müşayiət edib.

Publika.az xəbər verir ki, bu barədə Heydər Əliyev Mərkəzindən bildirilib.

Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVİD-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək koronavirusun geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya və Rusiyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/310416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR