ABŞ-ın “Theodore Roosevelt” təyyarədaşıyan gəmisinin heyət üzvləri arasında koronavirusa yoluxanların sayı artıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin saytında bildirilib.
"10 aprelə olan məlumata görə, “Theodore Roosevelt”in ekipajının üzvlərinin 92%-i COVID-19 testindən keçirilib, 447 müsbət və 3 248 mənfi nəticə qeydə alınıb. Komandanın 3 155 üzvü gəmini tərk etdi", - xəbərdə deyilir.
Daha əvvəl təyyarədaşıyan gəmidə 155 yoluxma haqqında bildirilirdi.