Münhen "Bavariya”sının polşalı hücumçusu Robert Levandovski özünün "Instagram"dakı səhifəsində idman köynəyini avtoqrafla hərracda nümayiş etdirdiyini bildirib.
“Report”un məlumatına görə, futbolçu hərracdan əldə ediləcək gəlirin xeyriyyə məqsədləri üçün xərclənəcəyini deyib.
"Bu mənim Bundesliqada “Şalke” ilə oynadığım futbolkamdır. Həmin oyunda mən het-trik etdim. Mən onu “Less app” layihəsi çərçivəsində hərracda nümayiş etdirirəm. Satışdan əladə olunacaq vəsaitlər Polşa xəstəxanalarına ianə ediləcək", - Levandovski yazıb.