İngiltərənin Vulverhempton şəhərində 5 yaşındakı qız uşağının 93 yaşlı qonşusuna ünvanladığı məktub dünya mediasının diqqətini cəlb edib.

Publika.az xəbər verir ki, Karin adlı uşaq Ron adlı qonşusuna ünvanladığı məktubda bu sözləri yazıb:

“Salam adım Karin. 5 yaşım var. Koronavirus səbəbiylə evdə qalmaq məcburiyyətindəyəm. Sadəcə yaxşı olduğundan əmin olmaq üçün yazdım. Tək olmadığını xatırlatmaq üçün sənin üçün göy qurşağı şəklini çəkdim. Yaza bilsən lütfən yaz. 9 nömrəli qonşun”.

Yaşlı şəxs cavab olaraq onun çəkdiyi şəkili pəncərəsindən asıb və balacaya bu sözləri ünvanlayıb:

“Salam. Məktubunu aldım. Əhvalımı soruşduğun üçün çox sevindim. Sənin kimi mən də evdən çıxa bilmirəm. Virusu məğlub etmək üçün hamımız əlimizdən gələni etməliyik”.

Anar Türkeş