ABŞ-da bir gündə koronavirusdan rekord sayda insan öldü

ABŞ-da bir gündə koronavirusdan rekord sayda insan öldü
10:38 11 Aprel 2020
Ölkə mətbuatı
A- A+

ABŞ-da koronavirus qurbanlarının sayı yenidən rekord həddə çatıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir sutka ərzində ölkədə ilk dəfə 2 min adam ölüb. Bunu Hopkins Universitetinin məlumatları da təsdiq edir.

Bildirilir ki, ilk xəstələrin aşkarlandığı gündən indiyə qədər COVID 19-a yoluxanların ümumi sayı yarım milyonu keçib.

Səlahiyyətlilərin sözlərinə görə, həkimlər yoluxanların ən yüksək həddini Nyu-Yorkda qeyd etməyə davam edirlər.

Xatırladaq ki, dünyada koronavirusa yoluxanların sayı 1 milyon 600 min nəfəri keçib, 100 mindən çox insan həyatını itirib.

Aytən Məftun


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/310433.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR