Pakistanda son sutkada koronavirusdan 5 nəfər ölüb, 190 yeni yoluxma qeydə alınıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Pakistan hökumətinin mətbuat xidməti yayıb. Bildirilib ki, COVID-19-a yoluxanların sayı 4 788-ə çatıb. Məlumata görə, Pakistanda koronavirusdan 71 nəfər ölüb, 762 nəfər isə sağalıb.