Ukraynada koronavirusa yoluxanların sayı 2 500-ü keçdi
Paylaş
132 baxış·1 dəq oxu
Ukraynada son sutkada koronavirusa daha 308 nəfər yoluxub, 4 nəfər isə virusdan ölüb. “Report” “UNİAN”a istinadən xəbər verir ki, məlumatı Ukraynanın Səhiyyə Nazirliyi yayıb. Bildirilib ki, ümumilikdə ölkə üzrə 2 511 nəfər virusa yoluxub, 73 nəfər infeksiyadan ölüb, 79 nəfər isə sağalıb.