“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
Onun sözlərinə görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 357-yə çatıb.
K.Cahanpur deyib ki, İranda son sutkada infeksiya daşıyıcılarının sayı 1 837 nəfər artaraq 70 029-ə yüksəlib.
Sözçü xəstəxanada müalicə alan 3 987 pasiyentin vəziyyətinin ağır olduğunu da vurğulayıb.