Norveç neft hasilatını azaltmaq niyyətindədir

Norveç neft hasilatını azaltmaq niyyətindədir
17:17 11 Aprel 2020
175 Digər
Ölkə mətbuatı
A- A+

Qərbi Avropanın ən böyük neft hasilatçısı olan Norveç OPEC+ qrupu öhdəlikləri yerinə yetirərsə, neft hasilatını azaltmağa hazır olduğunu açıqlayıb.
“Report” xəbər verir ki, bu açıqlamanı ölkənin neft və enerji naziri Tina Bru “Reuters” agentliyinə bildirib.
Nazir hasilatın necə və hansı həcmdə azaldılması məsələsinə isə yenidən baxıla biləcəyini qeyd edib.
Agentliyin məlumatına görə, Norveçin fevral ayı üzrə xam neft hasilatı ötən ilin müvafiq dövründən 26% artaraq gündəlik 1,75 mln. barel olub.
Qeyd edək ki, aprelin 9-da Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən iclasında yeni ”Əməkdaşlıq Bəyannaməsi” Meksikanın təklif olunan həcmlərlə razılaşacağı şərti ilə qəbul edilib.Yeni ”Əməkdaşlıq Bəyannaməsi” gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən üç mərhələ ilə azaldılmasını nəzərdə tutur. 
Birinci mərhələdə - may-iyun aylarında gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayından 10 mln.barel, ikinci mərhələdə - iyul ayından ilin sonunadək 8 mln. barel, üçüncü mərhələdə isə - gələn ilin yanvar ayından 2022-ci ilin aprelin sonunadək 6 mln. barel azalma nəzərdə tutulur. Rusiya və Səudiyyə Ərəbistanı üçün ayıca gündəlik 11 mln.barel azalma müəyyənləşdirilib. Budəfəki öhdəliklərdə kondensat həcmləri nəzərə alınmayıb. Videokonfransa “OPEC plus” ölkələri ilə yanaşı ilk dəfə olaraq Norveç, Argentina, Kolumbiya, İndoneziya, Misir, Çad, Trinidad və Tobaqo kimi ölkələr də qatılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/norvec-neft-hasilatini-azaltmaq-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR