3 milyon insan həftələrdir acdır - İngiltərədə DƏHŞƏTLİ MƏNZƏRƏ

3 milyon insan həftələrdir acdır - İngiltərədə DƏHŞƏTLİ MƏNZƏRƏ
17:18 11 Aprel 2020
171 Digər
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyasının ciddi iqtisadi zərbə vurduğu İngiltərədə 3 milyon insan ac qalıb.

Publika.az
xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazır.

Qəzet “Food Foundation”un (Qida Fondu) hazırladığı hesabata istinadən yazır ki, koronavirusa görə həyata keçirilən tədbirlər ölkə əhalisinin 6 faizinin aclıq səviyyəsinin altında yaşamasına səbəb olub.

“Bu, 3 milyon insan deməkdir. Hər ailədən ən azı bir nəfər son üç həftədir günü ac olaraq keçirir, yaxud yetərli qədər qida yeyə bilmir”, - qəzet yazır.

Fondun keçirdiyi sorğuda iştirak edən 8,1 milyon insanın 16 faizi virus yayılandan sonra qida çatışmazlığı ilə üzləşdiyini deyir. Buna səbəb virusun yayılmasıın qarşısını almaq üçün karantin rejiminin tətbiq edilməsi, iş yerlərinin bağlanmasıdır.

Fondun direktoru Anna Taylor bildirib ki, İngiltərədə qida yoxsulluğu problemi var: “Bununla yanaşı, məhsul çatışmazlığı da yaşanır. İnsanlar ehtiyacları olduqları məhsulları ala bilmədiklərini deyirlər”.

Araşdırmanın nəticələrinə görə, İngiltərədə təxminən 1,5 milyon insan karantin rejiminin tətbiq olunmasından sonra ən azı bir günü heç nə yemədən keçirir.

Asif



Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/310473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR