Atlarından dopinq tapılan məşqçiyə 34 illik cəza verildi

Atlarından dopinq tapılan məşqçiyə 34 illik cəza verildi
22:32 11 Aprel 2020
169 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın atçılıq üzrə məşqçisi Bobbi Martines antidopinq qaydalarını pozduğu üçün cərimələnərək 34 il müddətinə diskvalifikasiya edilib. 
"Report"un məlumatına görə, 2019-cu ilin iyununda Martinesin atlarının yarışdankənar dopinq-testi müsbət nəticə verib. Onların orqanizmindən ostarin preparatı tapılıb. 
Komissiyanın qərarı ilə məşqçi 480 min dollar cəriməyə məruz qalıb. O, 2024-cü il Paris Yay Olimpiya Oyunlarına lisenziyaya iddia edə bilməyəcək. Martinesə məxsus istənilən at isə ABŞ-ın Nyu-Meksiko ştatındakı yarışlara qatılmayacaq. 
Məşqçi açıqlamasında dopinq-testdən keçə bilməyən atların yalnız nominal məşqçisi olduğunu söyləyərək, cəzanı sərt adlandırıb. O, 30 illik karyerası ərzində heç vaxt qaydaları pozmadığını əlavə edib. 
Qeyd edək ki, Bobbi Martines qərardan apellyasiya verə bilər. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/atciliq-mesqcisine-dopinqe-gore-34-illik-ceza-verildi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR