“Report”un məlumatına görə, bu barədə klubun rəsmi saytı bildirib.
"Son saatda KİV-də xəbərlər dalğasını nəzərə alaraq, mən COVID-19 yoluxduğumu rəsmən bildirmək istəyirəm: bəli, həmçinin mən bu lənətlənmiş virusla mübarizə aparıram və özümü yaxşı hiss edirəm. Hələ tam sağalmadım. Gələn həftə bu xoşagəlməz dövrün başa çatması ümidi ilə yeni test verəcəm", - "Pordenone”nin rəsmi saytı Lovisin sözlərini gətirib.
"Pordenone" İtaliya çempionatının dayandırılmasına qədər cari mövsümdə 28 matçda 45 xal yığıb və yarış cədvəlində dördüncü yer tutur.
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar digər ölkələrdə olduğu kimi, İtaliyada da çempionat dayandırılıb.