Mövlud Çavuşoğlu: “Tək millət, tək ürək Azərbaycan!” - FOTO

Mövlud Çavuşoğlu: “Tək millət, tək ürək Azərbaycan!” - FOTO
07:48 12 Aprel 2020
166 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu özünün tvitter səhifəsində Heydər Əliyev Mərkəzinin üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunmasını alqışlayıb.

Publika.az xəbər verir ki, xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, Bakının simvollarından olan Heydər Əliyev Mərkəzində COVID-19-la ortaq mübarizə çərçivəsində Türkiyə və Azərbaycan bayraqları birlikdə dalğalanır.

“Tək millət, tək ürək Azərbaycan! Birlikdə yenəcəyik”, - deyə Mövlud Çavuşoğlu sosial şəbəkədəki hesabında yazıb.

O, paylaşmına Türkiyə və Azərbaycanın bayraqlarının rəsmini də əlavə edib.

Qeyd edək ki, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə ötən gün Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/310504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR