ABŞ senatorundan İrana AÇIQ DƏSTƏK

ABŞ senatorundan İrana AÇIQ DƏSTƏK
08:18 12 Aprel 2020
248 Digər
Ölkə mətbuatı
A- A+

İranın 5 milyard dollar kredit istəyərək göndərdiyi sorğunun Beynəlxalq Valyuta Fondu tərəfindən cavabsız qalması birmənalı qarşılanmayıb.

İran Prezidenti Həsən Ruhani bu məsələni Fransa Prezidenti Emmanuel Makronla da müzakirə edib.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo açıq şəkildə bəyan edib ki, İranın Beynəlxalq Valyuta Fondundan 5 milyard dollar kredit almasına imkan verilməyəcək.

ABŞ senatoru Diana Faynşteyn isə koronavirusla mübarizə çərçivəsində bu vəsaitə böyük ehtiyacı olan İranı dəstəkləyib. Xanım senator ABŞ Prezidenti Donald Trampa məktubla müraciət edib. O qeyd edib ki, İranda koronavirusun yayılması bölgə ölkələri üçün də təhlükə törədir. Senator Prezidentdən humanistlik nümayiş etdirməsini istəyib.

Bundan başqa Koreya Respublikasının İrandakı səfirliyi açıqlama yayaraq bildirib ki, ABŞ İrana humanitar yardım göstərmək üçün rəsmi Seula icazə verib. Koreya İrana 2 milyon dollar dəyərində dərman preparatları və tibbi ləvazimatlardan ibarət yardım göndərməyə hazırlaşır.

İranın Əlborz Tibb Universitetinin rektoru Əli İşaqi deyib ki, xəstəliyə yoluxaraq sağalan adamların qan plazmasından vaksin hazırlanması üzərində iş aparılır. Onun sözlərinə görə, universitet İranın Qan Köçürmə Mərkəzi ilə birlikdə tədqiqatı davam etdirir.(AzərTAc)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/310505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR