Fransa prezidentindən dünyanı məyus edəcək sözlər: "Sentyabr ayınadək..."

Fransa prezidentindən dünyanı məyus edəcək sözlər: "Sentyabr ayınadək..."
09:13 12 Aprel 2020
181 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Birliyinin Şengen zonası koronavirusun yayılması səbəbindən öz sərhədlərini sentyabra qədər qapalı saxlayacaq.

Publika.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bəyan edib.

“Forbes” jurnalının yaydığı məlumata görə, Fransa dövlət başçısı bu bəyanını ticarət ittifaqlarının nümayəndlərinin iştirakı ilə keçirilən videokonfransda səsləndirib. E.Makron həmin məsələnin Şengen zonasına daxil olan bütün ölkələr tərəfindən dəstəkləndiyinə işarə vurub.

Fransa lideri sərhədlərin qapanmasına səbəb olaraq pandemiyanın müxtəlif dövlətlərdə qeyri-bərabər şəkildə yayılmasını və “eyni vaxtda bütün bölgələrə təsir etməməsini” göstərib.

Onun sözlərinə görə, Avropa özünü yüksək risk daşıyan dövlətlərdən gələn səyahətçilərdən qorumalıdır.

E.Makron buna nümunə olaraq ABŞ-ı göstərərək, rəsmi Vaşinqtonun digər dövlətlərlə müqayisədə anti-böhran tədbitlərinə gec başladığını və buna görə burada pandemiyanın hələ zirvə nöqtəsinə çatmadığını deyib.

Fransa prezidenti hələ Afrikada COVİD-19-un yayılması ilə bağlı qeyri-bərabər situasiyanın yarandığını, Asiyada isə ikinci dalğanın gözlənildiyini sözlərinə əlavə edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/avropa/310507.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR