"Report" un xəbərinə görə, bu barədə “RİA Novosti”yə COVID-19 ilə mübarizə üzrə respublika qərargahından məlumat verilib.
Qeyd olunub ki, ümumilikdə 62 səhiyyə işçisi virus daşıyıcısıdır.
Bundan başqa COVID-19-a yoluxan 11 xəstənin vəziyyəti ağırdır, onlardan beşi reanimasiyadadır. İlkin məlumatlara görə, yoluxmuş şəxslərlə 6,5 mindən çox insan təmasda olub.