Banqladeş prezidentinin qatili edam edildi

Banqladeş prezidentinin qatili edam edildi
09:53 12 Aprel 2020
129 Dünya
Ölkə mətbuatı
A- A+

Banqladeşin ilk prezidenti Mucibur Rəhmanın qatillərindən biri Əbdül Məcid şənbə günündən bazar gününə keçən gecə asılaraq edam edilib.

Bu barədə ölkənin "Bangladesh Sangbad Sangstha" informasiya agentliyi xəbər yayıb.

M.Rəhmanı öldürən hərbi çevrilişdə iştirak edən zabitlər 1998-ci ildə edam cəzasına məhkum olunub. Onlardan 5-i 2009-cu ildə edam edilib. Aprelin 8-də isə 24 illik axtarışdan sonra qatillərdən sonuncusu Məcidin həbs olunduğunu bildirilib.

Prezident Mucibur Rəhman 15 avqust 1975-ci ildə Dakkadakı iqamətgahında həyat yoldaşı, üç oğlu, digər qohumları və ailənin yaxınları ilə (təxminən 20 nəfər) birlikdə öldürülüb. M.Rəhmanın hadisə zamanı Almaniyada olan iki qız sağ qalib. Onlardan biri, Şeyx Hasina, daha sonra Banqladeşin baş naziri vəzifəsini icra edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/310509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR