“Report” “IRINN”ə istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
Onun sözlərinə görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 474-ə çatıb.
K.Cahanpur deyib ki, İranda son sutkada infeksiya daşıyıcılarının sayı 1 657 nəfər artaraq 71 686-ya yüksəlib.
Sözçü xəstəxanada müalicə alan 43 894 pasiyent sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.